VİDEO Zabit Səmədovu Bakıda belə qarşıladılar

14:15 25 Aprel 2015

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Qlobal Faytinq Çempionşip 3" turnirinin qalibi olmuş Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Bakıya gəlib.

 

SportArena.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında "Mauqli" ləqəbli 31 yaşlı idmançı coşqu ilə qarşılanıb.

 

Azərbaycan bayraqları ilə "silahlanmış" azarkeşlər "Zabit", "Zabit" deyə Səmədovu alqışlayıblar. Səbəbkar media nümayəndələrinə açıqlamasında qələbəni Azərbaycan xalqına həsr etdiyini bildirib. Döyüşlərin çətin keçdiyini qeyd edən döyüşçü Azərbaycanın adını yüksəklərə qaldırdığı üçün fəxr etdiyini vurğulayıb.

Qeyd edək ki, Zabit Səmədov "Qlobal Faytinq Çempionşip 3"də əvvəlcə şotlandiyalı ulduz Stiv Makkinnonu, ardından Konqo-Almaniya əsilli Danyo İlunqanı məğlub edib. Bununla da məşhur döyüşçü kuboka və 1 milyon dirhəm (286 min manat) pul mükafatına sahib olub. Səmədov pul mükafatının müəyyən hissəsini Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayacağını açıqlayıb. O, döyüş idman növünü təmsil etdiyi üçün Azərbaycan Ordusuna hər hansı formada köməklik etməyi özünə mənəvi borc bildiyini söyləyib. Turnirin super finalı isə bu ilin dekabrında keçiriləcək. Həmin döyüşün qalibi mükafat kimi 1 milyon ABŞ dolları qazanacaq.


Xəbər xətti