"Xəzər Lənkəran"a qənim kəsilən Rəhim Həsənov niyə bu yola əl qoyur? ŞOK səbəb SportArena.Az-da"

00:06 26 Aprel 2015

Son zamanlar "Xəzər Lənkəran"ın oyunlarına Rəhim Həsənovun baş hakim təyin olunanda və matçdan sonrakı baş hakimə etirazlar bir qədər qeyri-adi görünə bilər. Çünki, hər dəfə Rəhim Həsənov lənkəranlıların oyununu idarə edir və matçdan sonra söz-söhbət yaranır. Bunun da bir səbəbi var, o da Rəhimin "Xəzər Lənkəran"a qarşı kin saxlaması və cənubluları hər zaman uduzdurmaq istəməsidir.

 

SportArena.az Rəhim Həsənovun cənub klubuna qarşı belə amanısız olmasının səbəbini axtarıb tapıb. Belə ki, Ağasəlim Mircavadovun baş məşqçisi olduğu dönəmdə Rəhim Həsənov da futbolçu imiş. Həmin zamanda Rəhim Lənkəran klubuna baxışa gəlib. 2-3 Lənkəran meydançasında qaçıb-oynayan Rəhimi Ağasəlim Mircavadov mənfi rəylə geri göndərib. Daha sonra başqa yollarla "Xəzər Lənkəran"a "xod" axtarmaq istəyən Rəhimin bütün arzularını Ağasəlim heçə döndərib. Hal-hazırda hakimlik edən Rəhimin Lənkəran klubuna qarşı belə qəddar olmasına da bu məsələ səbəb olubmuş.

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti