ÖZƏL Lənkərandakı qələbə "Qəbələ" futbolçularına nə qədər pul qazandırdı?

00:12 26 Aprel 2015

Topaz Premyer Liqasının son turunda "Xəzər Lənkəran"ı məğlub edən "Qəbələ" futbolçularına yüksək məbləğdə mükafat veriləcək.

 

SportArena.az-a Qəbələ klubuna yaxın mənbədən verilən xəbərə görə, cənubluları yendiklərinə görə hər futbolçuya 8000 dollar mükafat vəd olunub. Belə ki, dünənki oyunda meydançada olan futbolçulara 8000 dollar, ehtiyyatda qalanlar isə 5000 dollar mükafat qazanacaq.

Qeyd edək ki, "Qəbələ" rəhbərliyi hər qələbəyə görə futbolçularına yüksək məbləğdə mükafat verən tək klubdur.

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti