Mourinyo yenə lovğalandı: "Venger mənim rəqibim deyil"

00:30 26 Aprel 2015

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Arsenal" matçı öncəsi qalmaqallı açıqlama verib.

 

SportArena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis qarşılaşmadan bir gün öncə təşkil edilən mətbuat konfransında həmkarı Arsen Vengeri rəqib saymadığını söyləyib. Mourinyo rəqiblərinin Venger deyil, "Arsenal" olduğunu diqqətə çatdırıb: "Mənim üçün əhəmiyyətli matçdır. Venger mənim rəqibim deyil. Mənim də çalışdığım şəhərdə böyük bir kluba rəhbərlik edən məşqçidir. "Arsenal" bizimlə eyni hədəfləri daşıyan klubdur", - deyə Mourinyo deyib. 

Qeyd edək ki, Premyer Liqanın ilk yarısında baş tutan matçda Mourinyo və Venger arasında gərginlik yaşanmışdı. Qarşılaşmanın 20-ci dəqiqəsində "Çelsi"li Kehıl sərt müdaxiləyə görə Sançezə reaksiya göstərmişdi. Bu epizoda görə iki komandanın məşqçiləri mübahisə etmiş, daha sonra Venger həmkarını əli ilə itələmişdi.


Xəbər xətti