Super Liqa: “Fənərbaxça”nın qapıçısından tarixi rekord

11:23 26 Aprel 2015

Türkiyə millisinin əsas qapıçısı Vokan Dəmirəl tarixi rekorda imza atıb.



SportArena.az xəbər verir ki, Türkiyə yığması və "Fənərbaxça" klubunun qapıçısı Volkan Dəmirəl son çıxdığı “Əskişəhir”ə qarşı oyunda tarixi uğur əldə edib. Bacarıqlı qapıçı “bülbüllər”in forması ilə 294-cü qarşılaşmasını keçirib. Bu isə komandanın sabiq qolkiperi Rüştü Rəncbərin keçirdiyi oyun sayına çatmaq deməkdir. Beləliklə, Volkan Dəmirəl Rüştü ilə birlikdə Türkiyə Super Liqasında “Fənərbaxça” formasını ən çox geyinən qapıçı olub. 


Qeyd edək ki, sözügedən oyunda Superliqanın lideri "Fənərbaxça" səfərdə "Eskişehispor"la bərabə qalaraq xal itirib - 1:1.


Digər xəbərlər

Xəbər xətti