"Barselona"nın futbolçusu: "Bütün türkiyəli azarkeşlərdən üzr istəyirəm"

11:37 26 Aprel 2015

Braziliyalı futbolçu Dani Alveş türklərdən üzr istəyib.

 

SportArena.az xəbər verir ki, qondarma erməni soyqırımı ilə bağlı təbliğata qoşulan "Barsa"lı futbolçu etdiyi hərəkəti geri götürüb. "Sambaçı" "tvitter"də türklərdən üzr istəyib: 

"Bütün türkiyəli azarkeşlərdən üzr istəyirəm. Fotonun onları bu qədər üzəcəyini düşünməmişdim. Mənim çoxlu türk dostlarım var. Mən sülh içində olan bir dünya istəyirəm, insanlara qətiyyən zərər vermərəm".


Xəbər xətti