SON DƏQİQƏ: "Xəzər Lənkəran" üzvləri Lənkəranı tərk etdi

15:44 26 Aprel 2015

Premyer Liqanın XXXI turunda doğma meydanda “Qəbələ”yə minimal hesabla məğlub olan “Xəzər Lənkəran” oyundan sonra sərbəst buraxılıb.

 

SportArena.az xəbər verir ki, cənub təmsilçisi iki gün istirahət edəcək. Aprelin 28-də Lənkəranda bir araya gələrək məşqlərə başlayacaq komanda iki günlük hazırlıqdan sonra paytaxta yollanacaq.

 

Qeyd edək ki,  “Xəzər Lənkəran” Premyer Liqanın 32-ci turu çərçivəsində, may ayının 2-də səfərdə “Bakı” ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti