Türkiyədə maraqlı hadisə: Futbolçu canlı yayımda evlənmək təklifi etdi

21:49 26 Aprel 2015

Türkiyənin məşhur idman telekanallarından olan "Lig TV" maraqlı hadisə baş verib.

 

SportArena.az хəbər verir ki, "Konyaspor"lu Ali Turan televiziya vasitəsi ilə evlənmək təklifi edib.

Belə ki, "Konyaspor" - "Akhisar Bələdiyyəspor" oyunundan sonra "Lig TV"nin əməkdaşı oyunu dəyərləndirməyi Ali Turandan xahiş edən zaman, futbolçu bu sözlərlə davam edib: "Ev хanımı olan sevgilim Rəna bir ildi mənə qarşı hirslidi. Ümid edirəm ki, o da məni əfv edər. Burdan sizin vasitənizlə ona bir söz demək istəyirəm: Rəna, mənimlə evlənərsən?"

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti