"Xəzər Lənkəran"lı futbolçu: "Əsas heyət üzvlərimiz heyətdə olsaydı..."

22:20 26 Aprel 2015

Xəbər verdiyimiz kimi, son turda "Qəbələ"ni məğlub edən "Xəzər Lənkəran" 1:0 hesabı ilə məğlub oldu. Matçda əsas məqamlardan biri də cənub komandasının müdafiəcisi Elvin Mirzəyevin qırmızı vərəqə alması oldu.

 

SportArena.az olaraq, Elvinlə əlaqə saxlayıb, oyun haqqında fikirlərini öyrəndik:

 

"Qəbələ" güclü heyətə malik bir komandadır. Onların son turdakı qələbələr də komandadakı gücdən xəbər verir. Amma biz heç də zəif çıxış etmədik. Demək olar kı, qələbə qazanmaq üçün hər şey etdik. Mənim qırmızı vərəqə almağıma gəlincə, razı deyiləm hakimin qərarı ilə. Çünki, ilk epizoddakı qayda pozuntusunda mənə sarı vərəqə göstərdi. Və adı qayda pozuntusu zamanı məni meydandan çıxartdı. Özümü günahkar hiss edirəm, çünki, komandamı pis vəziyyətdə qoydum. Amma əsas heyət üzvlərimiz heyətdə olsaydı, oyun başqa nəticə ilə bitə bilərdi".


Xəbər xətti