"Milan"da sərt qadağa: Bütün komanda bazaya məhkum edildi

10:47 27 Aprel 2015

İtaliya çempionatı çərçivəsində “Udineze”yə 2:1 hesabı ilə məğlub olduqdan sonra “Milan”ın çalışdırıcısı Filippo İnzagi futbolçulara istirahət verməyib.
 
 
SportArena.az xəbər verir ki, komanda üzvləri bazaya toplayan baş məşqçi futbolçulara bazadan qırağa çıxmağa qadağa qoyub. Çalışdırıcının qaydalarına görə, bütün komanda mövsümün sonuna qədər bazada qalacaq. Filippo İnzagi eyni zamanda xəbardarlq edib ki, kim şərtlərə əməl etməsə komandadan uzaqlaşdırılacaq.
Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti