VİDEO Qusarlılardan örnək addım

11:13 27 Aprel 2015

Futbol üzrə Azərbaycan I Divizionunun XXV turunda keçirilən “Şahdağ” – “Zirə” (0-1) görüşündən öncə xeyriyyə aksiyası reallaşıb. 

 

SportArena.az xəbər verir ki, “Şahdağ” klubunun təşəbbüsü ilə həyata keçirilən “1 manat” aksiyasının səbəbi Şahbalayev Asim Orxan oğlunun əməliyyatına dəstək olmaqdır.

“Şahdağ”ın təşəbbüsü ilə reallaşan xeyriyyə aksiyasında futbol ictimaiyyəti fəal iştirak edib. "Şahdağ" - "Zirə" oyunundan öncə Qusar şəhər stadionun girişində qutu quraşdırılıb. Oyun başa çatandan sonra, bir sıra azarkeşlərin, futbolçuların, jurnalistlərin və Asimin atasının iştirakı ilə qutu açılıb və yığılan vəsait sayılıb, aktlaşdırıb.

Yığılan vəsait 2150.20 manat və 100 rus rublu təşkil edib. Bütün vəsait Asimin atası Orxan bəyə təhvil verilib.

 


Xəbər xətti