FOTO+VİDEO Sumqayıtın ilk arenası bərbad vəziyyətdədir

12:02 27 Aprel 2015

“İnşaatçı” stadionu Sumqayıtın ikinci böyük stadionu sayılır.

 

SportArena.az xəbər verir ki, Mehdi Hüseynzadə adına mərkəzi stadiondan öncə şəhərin baş arenası olub. 1954-cü ildə istifadəyə verilən stadion uzun müddət ölkə futboluna sədaqətlə qulluq edib, bir çox komandaya qucaq açıb. Lakin təəssüf ki, sözügedən stadionun hazırkı durumu ürək ağrıdır. Bir vaxtlar 10 minə yaxın azarkeşin toplaşdığı tribunalar tamamilə dağılıb gedib. Taxtalar və qoruyucu dəmir dirəklər çıxardılaraq satılıb. Tribunalardan əlavə, stadionun ot örtüyü, paltardəyişmə və duş otaqları da tamamilə yararsız vəziyyətə düşüb. Arenada çəkiliş aparsaq da müdriyyət danışmağa səlahiyyətlərinin olmadığını bildirərək açıqlama verməkdən imtina etdi. Yalnız onu öyrənə bildik ki, “İnşaatçı” stadionu Sumqayıtın bir sıra idman qurğuları kimi şəhərin 2014-18-ci il inkişaf planına daxil edilib və layihəyə görə 2018-ci ilə qədər burada yeni, müasir stadion və baza tikiləcək. İşlərə nə vaxt start veriləcək, bax bunu bilən yoxdur.


Digər xəbərlər

Xəbər xətti