AÇIQLAMA Həm "Qarabağ", həm də "Neftçi" qələbə qazanmaq üçün meydana çıxmışdı"

12:24 27 Aprel 2015

Xəbər verdiyimiz kimi, "Qarabağ" son turda "Neftçi"ni məğlub edərək, çempionluğa bir qədər də yaxınlaşdı. "Neftçi"nin bu matçda çox istəkli olması da onların məğlubiyyətinə mane ola bilmədi.

 

SportArena.az olaraq, "Neftçi"nin hücumçusu Ernest Nforla əlaqə saxlayıb, matç haqqında fikirlərini öyrəndik:

"Oyun çox gərgin keçdi. Həm "Qarabağ", həm də "Neftçi" qələbə qazanmaq üçün meydana çıxmışdı. Bu istək özünü hesabda da göstərirdi. Amma bəzi səhvlər üzündən məğlub olduq. Matçın sonlarında azlıqda qalmağımız işimizi daha çətinləşdirdi ki, bu da oyunu xilas etməyə maneəçilik törətdi".

Cavid ƏHMDOĞLU


Digər xəbərlər

Xəbər xətti