Muarem Muarem: Əsas məqsədimiz 3 xal idi"

12:41 27 Aprel 2015

"Neftçi"i üzərində inamlı qələbə qazanan "Qarabağ" vacib 3 xalı qazanaraq, izləyicilərindən bir qədər də uzaqlaşdı. Amma "Neftçi" üzərində qələbə heç də Ağdam klubuna asan başa gəlməyib.

 

SporArena.az xəbər verir ki, gərgin keçən matçı “Qarabağ”ın üzvü Muarem Muarem belə şərh edib:

 

"Hər bir oyuna olduğu kimi, "Neftçi"yə qarşı da çox yaxşı hazırlaşmışdıq. Çünki, Azərbaycanın ən yaxşı heyətə malik komandalarından birinə qarşı oynayırdıq. Əsas məqsədimiz 3 xal idi ki, bunun da öhdəsindən gəldik. Amma bu heç də rahat əldə olunmadı. Gördüyünüz kimi, çox gərgin və mürəkkəb oyun alındı. Şadam ki, istəyimizə çatdıq. İndi Premyer Liqanın qarşıdakı oyunu haqqında düşünürük. Ən azından 2 oyunu qalib başa vurmalıyıq ki, çempionluğu rəsmiləşdirək".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti