Keçmiş "Xəzər Lənkəran"lı: Biri məni “Böyük Mustafa”, biri də Mustafa Dənizli etdi

13:05 27 Aprel 2015

Superliqanın son turunda “Qazientepspor”a qalib gələn “Qalatasaray” azarkeşləri gözlənilməz pankartlar açıblar.

 

SportArena.az xəbər verir ki, “Cim-Bom”lu fanatlar komandanın keçmiş çalışdırıcısı Mustafa Dənizli və Türkiyənin tanınmış idman yazarlarından biri olan Şansal Büyükanın “LİG TV”dəki çıxışlarına etiraz olaraq üzərində “Dənizli və Şansal “Fənərbaxça” üçün yayıma” yazılı pankartlarlarla onlara sərt mesaj veriblər.

 

Keçmiş "Xəzər Lənkəran"lı baş məşqçi Mustafa Dənizli isə azarkeşlərin bu mesajını bu cür cavablandırıb: “Azarkeşlərin pankartlar mənim üçün gözlənilməz oldu. Futbolda iki böyük yuvam var. Biz “Altay”, biri də “Qalatasaray”. Biri məni “Böyük Mustafa”, biri də Mustafa Dənizli etdi. Bunun səbəbi “Cim-Bom” camiəsinin mənə duyduğu sevgidir. Həqiqətən onların etdikləri içimi yandırdı. Məni hər kəs tanıyır. Tv-də iki mövsümdür ki, işləyirəm. İndiyə qədər nə  demişəmsə, sözlərimin də arxasında sona kimi qalacağam”.

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti