Afrikalı futbolçu: "Qəbələ" klubu mənə yeni müqavilə təklif edib"

13:25 27 Aprel 2015

"Qəbələ"nin son turlardakı parlaq çıxışı Nigeriya mətbuatının diqqətindən də qıraq qalmayıb.

 

SportArena.az xəbər verir ki, Premyer Liqada maraqlı oyunu ilə yadda qalan "Qəbələ"ki Ekiqo Ehiosu ölkəsinin mətbuatına maraqlı açıqlama verim. Aldığı maaşdan Bakının gözəlliyiə kimi danışan futbolçu fikrini belə izah edib:

 

"Azərbaycanda, Premyer Liqada olmağıma görə çox xoşbəxtəm. Burada hər şey məni qane edəcək səviyyədədir. İstər aldığım maaş, istər yaşadığım ölkə hər mənada məni qane edir. Çempionatımızda da gərgin mübarizə gedir, bu da mənim karyeramda öməli rol oynayır. Burdakı çıxışıma görə, artıq mənə təkliflər də var. Amma hazırkı klubum mənə yeni müqavilə təklif edib. İndi onların şərtini dəyərlənirirəm".

Cavid ƏHMƏDOĞLU


Xəbər xətti