Braziliyalı futboolçudan maraqlı şüar: "Yaşasın Azərbaycan"

13:42 27 Aprel 2015

Xəbər verdiyimiz kimi, "Paykan"ı 2:0 ilə məğlub edən "Traktor Sazi"nin braziliyalı futbolçusu Lusiano Edinyo yenidən hər kəsin diqqətini özünə yönəldib.

 

SportArena.az xəbər verir ki, Edinyo vurduğu qoldan sonra formasının altında yazılan "Yaşasın Azərbaycan" şüarını kamerala tərəf göstərib. Belə ki,  telekanalndan götürülüb youtubeye  yerləşdirilən videoda Edinyonun qol sevinci zamanı "Yaşasın Azərbaycan" şüarının görüntüsü silinib. Artıq ikinci dəfə təkrarlanan hərəkətə İFF-nin hansı tədbir görəcəyi maraqla gözlənilir.

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti