AÇIQLAMA Joze Mourinyo yenə diqqət mərkəzində

14:11 27 Aprel 2015

İngiltərə Premyer Liqasının son turunda baş tutan "Arsenal" - "Çelsi" matçının ardından "Çelsi"nin baş çalışdırıcıs Joze Mourinyo verdiyi açıqlama ilə hər kəsin diqqətini özünə cəlb edib.

 

SportArena.az xəbər verir ki, təcrübəli baş məşqçi oyunun gedişi zamanı "darıxdırıcı "Çelsi" şüarları səsləndirən "Arsenal" fanatlarına səslənib: "Təcrübəli komandayıq. Darıxıcı oynayırıq? Premyer Liqada ən çox qol vuran ikinci komandayıq. Məncə, darıxdırıcı olan "Arsenal"ın 10 ildir çempionluq yaşamamasıdır. Həqiqətən də, bu çox darıxdırıcıdır". 


Digər xəbərlər

Xəbər xətti