AÇIQLAMA "O, "Xəzər Lənkəran"da oynayarkən mən məşqçiyə dedim ki.."

16:05 27 Aprel 2015

“Xəzər Lənkəran”ın bosniya və herseqovinalı futbolçu Veldin Muharemoviçə görə “transfer qadağası” cəzası aldığını bildirmişdik. 

 

SportArena.az xəbər verir ki, bundan başqa cənub klubundan daha iki futbolçu - makedoniyalı yarımmüdafiəçi Deyan Blajevski və Qalin İvanovun da şikayəti hələ də FİFA-da müzakirə edilir. 

Lakin “ağ-yaşıllar”dan olan şikayətlər bununla bitmir. Belə ki, komandaya “bəh-bəh”lə yüksək qiymətə gətirilən və yarım mövsüm oynadıqdan sonra geri göndərilən braziliyalı yarımmüdafiəçisi Elias Ribeyro da sabiq klubundan FİFA-ya şikayət edib. O, “Xəzər Lənkəran”ın hələ də ona borclu olduğunu bildirərək pulunun verilməsini istəyib. 

FİFA məsələ ilə bağlı araşdırmalara başlayıb. Biz isə futbolçunun meneceri və “Xəzər Lənkəran”ın sabiq üzvlərindən olan Mario Souza ilə əlaqə saxladıq. O, məsələyə belə aydınlıq gətirdi: “Bəli, Elias “Xəzər Lənkəran”dan şikayət edib və komandanın ona verməli olduğu pulu istəyir. O, cənub klubunda oynayarkən mən məşqçiyə dedim ki, bu futbolçunu göndərmə yaxşı oyunçudur və komandaya xeyir verəcək. Çalışdırıcı razılaşmadı və Elias ordan ayrıldı. Mən çox istərdim ki, komandaya bununla bağlı problem yaranmasın. Amma futbolçuya mane la bilmərəm”.qafqazinfo


Digər xəbərlər

Xəbər xətti