Ançelotti: “Barselona” da xal itirməyə hazırlaşmır"

17:40 27 Aprel 2015

Madrid "Real”ın çalışdırıcısı Karlo Ançelotti İspaniya birinciliyində çempionluq mübarizəsi haqqında danışıb.

 

SportArena.az xəbər verir ki, Ançelotti “Barselona”ya çatmaq üçün sona kimi vuruşacağını bildirib:

“İndi biz rəqiblər haqda düşünmürük. Fikrimiz yalnız öz oyunlarımızdadır. Barselonadakı son məğlubiyyətdən sonra çempionluq uğrunda sona kimi yarışacağıq. “Barselona” da xal itirməyə hazırlaşmır. Bizim məqsədimiz “Barselona”nı bütün oyunları qazanmağa məcbur etməkdi”.


Xəbər xətti