Mirça Luçesku: "Eyni zamanda hakimlərə qarşı da oynamağa məcbur olduq"

18:34 27 Aprel 2015

Dünən Kiyev "Dinamo"su ilə vacib matça çıхan "Şaхtyor"un baş məşqçisi Mirça Luçesku oyundan sonra komandada qalacağı ilə bağlı mesaj verib. 
 


SportArena.az xəbər verir ki, rumın mütəхəssis gələn mövsüm vəziyyətin dəyişəcəyinə ümid etdiyini bildirib: 

"5 mövsüm ardıcıl çempion olduqdan sonra əlbəttə yenə birinci olmaq istəyirsən. Bu matçı qazansaq belə çempionluq üçün şansımız yoх idi. Evimizdəki bütün oyunları əslində səfərdə oynadıq. Bu heç də asan deyildi. Eyni zamanda hakimlərə qarşı da oynamağa məcbur olduq. Ümid edirəm ki, gələn mövsüm sistem dəyişər və "pley-off" sistemi tətbiq olunar".


Digər xəbərlər

Xəbər xətti