"Neftçala"nın futbolçusu: "Bayramlarda evimizdə olmadıq, məşqlərdə iştirak etdik"

23:10 27 Aprel 2015

Premyer Liqaya çıxmağın biraddımlığında olan "Neftçala" son turda "Rəvan"ı məğlub edərək, vacib 3 xalı qazandı. SportArena.az olaraq, matçdan sonra "Neftçala"nın aparıcı futbolçularından olan Cəmil Rəhimli ilə əlaqə saxladıq. Rəhimli komandasının çıxışını belə dəyərləndirdi:

 

"Rəvan"la oyunda qələbə bizə çox lazım idi. Şükürlər olsun ki, bunun öhdəsindən gələ bildik. İnşallah, qarşıdakı oyumuzu da qalib başa vurub, çempionluğumuzu tam təmin edərik. Biz bu məqsədə çatmaq üçün çox əziyyət çəkdik. Bayramlarda evimizdə olmadıq, məşqlərdə iştirak etdik. İki dəfə təlim-məşq toplaınışı keçdik. Və sonda da bunun bəhrəsini gördük. Belə uğur qazanmaqda kimin əməyi varsa hər kəsə çox sagol deyirik. İnanıram ki, Premyer Liqaya çıxıb, orada da uğurlar əldə edəcəyik".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti