"Barselona"nın baş məşqçisi: "Vermalenə matçlarda şans verib-verməyəcəyimi bilmirəm"

23:31 27 Aprel 2015

"Barselona"nın futbolçusu Tomas Vermalen yaşıl meydanlara qayıtmağa hazırlaşır.

 


SportArena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun baş məşqçisi Luis Enrike məlumat verib. O bildirib ki, belçikalı müdafiəçi zədəsini tam sağaldıb: "O, artıq oynamağa hazırdır. Vermalenə matçlarda şans verib-verməyəcəyimi bilmirəm".

Qeyd edək ki, T.Vermalen bu mövsümün əvvəlində "Barsa"ya transfer olunub. O, indiyə kimi cəmi bir qarşılaşmada oynayıb.


Xəbər xətti