Futbolumuzun 80000-cisi

21:41 27 Aprel 2015

2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb. SportArena.az xəbər verir ki, artıq bu sistemdə qeydiyyata alınanların sayı 80 min nəfərə çatıb.
 

Belə ki, Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 80000-ci üzvü AFFA-nın həyata keçirdiyi “Coca-Cola Məktəbli Kuboku” turnirinin iştirakçısı Daşkəsən rayonu, Daşkəsən qəsəbə tam orta məktəbinin 7-ci sinif şagirdi, 01.07.2002-ci il təvəllüdlü Məhəmməd Şahlar oğlu Əsgərovdu.


Digər xəbərlər

Xəbər xətti