“Yuventus”un baş məşqçisi: “Real”dan qorxmuruq"

10:13 28 Aprel 2015

“Yuventus”un çalışdırıcısı Massimiliano Çempionlar Liqası çərçivəsində “Real”a qarşı keçirəcəkləri matç haqqında fikirlərini bildirib.

 

SportArena.az xəbər verir ki, italyan mütəxəssis məqsədlərinin finala çıxmaq olduğunu bildirib: “Qarşıdakı 2 oyun çox maraqlı olacaq. Biz Avropanın hazırki çempionuna, ulduzlar toplusuna qarşı oynayacağıq. Nəyə qadir olduğumuzu bilirik. Sona kimi mübarizə aparacağıq. Rəqibə hörmət edirik, amma “Real”dan qorxmuruq. Finala çıxsaq, bu, əla bir uğur olacaq. Yarımfinalla kifayətlənmək fikrində deyilik. Məqsədimiz finala çıxmaqdı. Məncə, “Real”ı finaldan kənarda qoya bilərik”.


Digər xəbərlər

Xəbər xətti