"Liverpool"da ŞOK: Daniel Staric üçün mövsüm bitdi!

15:51 28 Aprel 2015

"Liverpool"un əsas hücumçusu Daniel Staric artıq bu mövsüm meydana çıxa bilməyəcək.

 

SportArena.az xəbər verir ki, bunu Brendan Rocers də təsdiqləyib. O, ingilis forvard üçün uğursuz alınan bu mövsümdə Staricin uzun zaman zədəli olduğnu vurğulayıb.

Qeyd edək ki, Staric sonuncu dəfə "Manchester United"lə "Anfield Road"da keçirilən qarşılaşmada (1:2) meydana çıxıb və komandanın yeganə qolunu vurub. Bundan sonra bel nahiyəsində problemləri olan futbolçu komandasına kömək edə bilməyib.


Digər xəbərlər

Xəbər xətti