AÇIQLAMA Rəşad Sadiqov: "Komandamız son turlarda parlaq çıxış edir"

16:31 28 Aprel 2015

"Qəbələ" klubunun son turlardakı uğurlu çıxışı hər kəsin diqqətini bu komandaya yönəldib. Ən güclü rəqiblərə qarşı baxımlı oyun sərgiləyən qəbələlilər son turda "Xəzər Lənkəran"ı da məğlub etdilər.

 

SportArena.az olaraq, Lənkərandakı matçdan sonra komandanın yarımmüdafiəçisi Rəşad Sadıqovdan fikirlərini öyrəndik. Təcrübəli futbolçu qələbəni belə şərh etdi:

"Komandamız son turlarda parlaq çıxış edir. Bu da işərin düzgün aparılması ilə bağlı olan məsələdir. Bütün futbolçular meydanda nə edəcəyini yaxşı bilir. Eyni zamanda bizim üçün yaradılan yaxşı şərait də bu uğurun səbəblərindəndir. İnanıram ki, Avroliqaya çıxıb, orada da layiqli mübarizə aparacağıq. İndi qarşıdakı oyunlarımız haqqında düşünürük".


Digər xəbərlər

Xəbər xətti