Belçika ŞOK: Futbolçunun ürəyi dayandı

17:14 28 Aprel 2015

Belçikada baş tutan futbol matçı zamanı xoşagəlməz hal yaşanıb.

 

SportArena.az xəbər verir ki, "Lokeren" və "Genk" komandalarının əvəzedici komandalarının oyununda "Lokeren"in müdafiəçisi Qreqori Mertens matçın 25-ci dəqiqəsində ürəktutması keçirib. Futbolçu dərhal xəstəxanaya yerləşdirilib. Bundan sonra matçın baş hakimi oyunu təxirə salmaq qərarına gəlib.


Hazırda vəziyyəti ağır olan futbolçu reanimasiya şöbəsinə yerləşdirilib.
 Qeyd edək ki, Mertens Belçika gənclər komandasının üzvüdür.


Xəbər xətti