FOTO Gənc yunan-Roma güləşçiləri Batumidə yarışacaq

17:33 28 Aprel 2015

2-3 may 2015-ci il tarixdə Gürcüstan Respublikasının Batumi şəhərində Dünya Çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçiriləcək.



Məşqçilər Zöhrab Abbasov və Turac Hüseynovun rəhbərliyi altında 8 güləşçimiz turnirdə qüvvəsini sınayacaq. Heyətdə Namiq İmanlı (50 kq), Təbriz Yusifzadə (55 kq), Mikayıl Rəhmanov (60 kq), Namaz Rüstəmov (66 kq), Mehrac Kərimov (74 kq), Seyidməhəmməd Ömərov (84 kq), Soslan Fanziyev (96 kq) və Cavid Feyziyev (120 kq) yer alıb. 

Turnirin ilk günündə 50, 60, 74 və 96 kq, ikinci günündə isə 55, 66, 84 və 120 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Ceyhun Salmanov təmsil edəcək.


Digər xəbərlər

Xəbər xətti