FOTOLAR Böyük uğur – “Ankara-Zirvə” Türkiyə klubları çempionu oldu!

17:41 28 Aprel 2015

“Zirvə” Beynəlxalq İdman Klubunun uğurlarının ardı-arası kəsilmir. Daha bir xoş xəbər Türkiyədən gəlib.

 


“Zirve İnternational Sport Clubs” ailəsinin üzvü – “Ankara Tuzgölü-Zirvə” İdman Klubu bu gün başa çatan gənclər arasında klubların Türkiyə çempionatında möhtəşəm çıxış edərək çempion olub. 23-26 aprel tarixləri arasında Konya şəhərindəki “100-cü il” İdman salonunda keçirilən yarışında, qardaş ölkənin 32 bölgəsindən, 64 klubdan 326 kişi və 136 qadın olmaqla toplam 462 ağır atlet iştirak edib. Bu, rekord göstərici idi.
Olduqca gərgin mübarizə şəraitində keçən yarışda qadınların birinciliyində “Ankara Tuzgölü-Zirvə” klubu 165 xalla çempion olub. Emrah və Yasin Arslan qardaşlarının rəhbərlik etdiyi komanda ən yaxın rəqibini 4 xal qabaqlayıb.
Körpücük üzərinə çıxan 7 gənc atletimizdən üçün fəxri kürsüyə qalxaraq qələbədə vacib rol oynayıblar. Onlardan ikisi – 53 kq çəki dərəcəsində Gamze Yayla 156 kq (72+84) və 75 kq çəki dərəcəsində Zeynep Atakan 196 kq (85+111) nəticə ilə bütün rəqiblərini üstələyərk qızıl medal qazanıblar. 69 kq çəki dərəcəsində çıxış edən Büşra Nur Dalmızrak 163 kq (78+85) nəticə ilə ikinci olub.
Ancaq komandanın digər üzvlərinin də əməyini qeyd etmək lazımdır. Gizem Nur Demir, Elif Ünal, Emine Sarıtoprak və Gülsüm Yavuz da müxtəlif nəticələr nümayiş etdirməklə “Ankara Tuzgölü-Zirvə”nin qəbələsinə öz töhfələrini veriblər. Möhtəşəm birlik göstərən qızlar Türkiyə çempionu olaraq adlarını tarixə yazdırıblar.
Bu qələbə “Zirvə” İdman Klubunun böyük zəfəridir. Klubumuzun seçdiyi siyasətin düzgün olduğuna sübut olan bu çempionluq hamımızı sevindirdi.
“Tuzgölü-Zirvə”nin bu möhtəşəm qələbəsində əməyi olan hər kəsə təşəkkür edirik. Əminik ki, uğurların davamı mütləq gələcək. Bir daha təbriklər!

* Yarışın nəticələri və fotolarla aşağıda tanış ola bilərsiniz:

Gənclərin klublar arasında Türkiyə
çempionatı. Konya. 23-26 aprel 2015
Adı İl Çəki Birdən Təkanla Toplam Yer Xal
53 kq
Gamze Yayla 2000 52.36 72 84 156 1 28
Gizem Nur Demir 1999 50.42 55 73 128 4 22
58 kq
Elif Unal 1998 57.36 72 78 150 4 22
Emine Sarıtoprak 1997 57.32 55 73 128 7 19
69 kq
Büşra Nur Dalmızrak 1998 64.70 78 85 163 2 25
75 kq
Zeynep Atakan 1998 69.55 85 111 196 1 28
+75 kq
Gülsüm Yavuz 1997 89.20 50 69 119 5 21

 

Gənclərin klublar arasında
Türkiyə çempionatı. Konya. 23-26 aprel 2015
KLUBLARIN YEKUN SIRALAMASI
Klub 48 53 58 63 69 75 + 75 XAL İDMANÇISAYI YER
x x x x x x x x x x x x x X
ANKARA TUZGÖLÜ ZİRVE     28 22 22 19     25   28   21   165 7 1
ANKARA GONCA SPOR     23   23   25   19   23   25 23 161 7 2
İSTANBUL PENDİK FEVZİ ÇAKMAK 23 22 21 17     28 20 10           141 7 3
ANKARA ŞİMŞEKLER 18   20 14     23   21   20   20   136 7 4
KIRIKKALE İSTİKLAL 14       15 13 22 21 20           105 6 5
DÜZCE A S P GENÇLİK SPOR 25 21 18   28 12                 104 5 6
KONYA KUYULUSEBİL 28 10 10 9 21 5         21       104 7 7
KAYSERİ ERCİYES G.S.K 7 4         18 16 17   18   18   98 7 8
GAZİANTEP HALTER İHTİSAS 5       7   10   28   25   19   94   9
SAKARYA TÜRKTELEKOM     13   18   17   23 14     0   85   10
GAZİANTEP YASA GENÇLİK 20 11 19 11         18       0   79   11
GAZİANTEP ULUDAĞ ÇELİK 17 12 5   17 0 11   12           74   12
ANKARA A S P SPOR KLB 6 0 7   16 6 19   11           65   13
ADANA GENÇLİK SPOR                 15 9 17   22   63   14
ESKİŞEHİR SAMİ SİPAHİ 19       25   15               59   15
GAZİANTEP BESLEN MAKARNA 15   16   2   13 12             58   16
ISPARTA BÖLGE SPOR 16 9 15 12                     52   17
KONYA YUNAK ŞAMPİYONLAR 13 0     14           19       46   18
BURSA İNEGÖL BELEDİYESİ         8 0     16   22       46   19
ANKARA KAZAN BELEDİYESİ     4   10               28   42   20
ADIYAMAN GENÇLİK SPOR     25 0                 17   42   21
KAYSERİ GENÇLİK HİZMETLERİ         4   14           16   34   22
KONYA AYYILDIZ S.K     8 3         22           33   23
KIRIKKALE S H Ç E K     6   11           16       33   24
DENİZLİ AKADEMİ 8   2 1 9 3                 23   25
UŞAK GENÇLİK MERKEZİ         20 0 0               20   26
ANKARA GÜVENSPOR 3 2             13           18   27
CƏMİ TOPLAM 26 26 27 17 17 10 12   135


Digər xəbərlər

Xəbər xətti