VİDEO Regionda futbol

18:01 28 Aprel 2015

Futbol üzrə Azərbaycan birinci divizionunun 25-ci turunda növbəti oyun keçirilib.

 

SportArena.az xəbər verir ki, Qusarın "Şahdağ" klubu paytaxt təmsilçisi "Zirə" ilə üz-üzə gəlib. 

Oyun Şövkət Orduxanov adına Qusar Şəhər Stadionunda keçirilib. Matç qarşılıqlı hücumlarla başlayıb. İlk hissədə qapılar qarşısında təhlükəli vəziyyətlər qeydə alınsa da, hesab açılmayıb. 

Görüşün 72-ci dəqiqəsində bakılılar hesabı açıb. Qusarlıların bərabərlik cəhdləri uğursuzluqla nəticələndiyindən, qarşılaşma paytaxt klubunun minimal qələbəsi ilə başa çatıb - 1:0.


Xəbər xətti