"Real"da ilk: 16 yaşlı futbolçu debüt edə bilər

21:14 28 Aprel 2015

"Real"ın əvəzedicilərdən ibarət komandası - "Kastilya"nın yarımmüdafiəçisi Martin Odeqaard sabah "Almeriya" ilə oynanılacaq görüşdə Madrid klubunun əsas heyətində debüt matçına çıxa bilər. Karlo Ancelotti onun adını sabahkı matçın iştirak ərizəsinə daxil edib.



16 yaşlı futbolçu "Stremqodset"dən "Real"a transfer olunmuşdu. Onun illik məvacibi 2,25 milyon avro təşkil edir. Lakin bu məbləğ 6,8 milyon avroya qədər qaldırıla bilər.

"Real" - "Almeriya" matçı sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti