AÇIQLAMA "Futbol agentləri ancaq öz xeyirlərini güdürlər, onlara futbolçu həyatı maraqlı deyil"

22:25 28 Aprel 2015

Bu ilin yanvar ayında avtomobil qəzası keçirərək dünyasını dəyişən “Volfsburq”lu futbolçu Jinyor Malandının atası oğlunun ölümündə agentini ittiham edib. Futbolçunun atası agent haqqında danışıb və bu ölümü tək onunla bağlıyıb:
 
 
"Futbol agentləri ancaq öz xeyirlərini güdürlər. Onlar gənc və istedadlı futbolçuları aldadaraq, onlara böyük uğurlar və zəngin karyera vəd edirlər. Sonda da futbolçuları öz ailəsindən ayırırlar. Mənim oğlum da belə insanların qurbanı oldu. Agentlər ancaq öz xeyirlərini güdürlər. Onlara futbolçuların həyatı maraqlı deyil".
 


Digər xəbərlər

Xəbər xətti