SON DƏQİQƏ: Rusiyalı biznesmenin komandası Premyer Liqada çıxış edəcək

03:22 29 Aprel 2015

Çempionşipdə çıxış edən “Bornmut” klubu İngiltərə Premyer Liqasına vəsiqə qazanıb.

 

SportArena.az xəbər verir ki, aprelin 27-də “Bolton”a qalib gələn (3:0) “Bornmut” 87 xal toplayaraq, vəsiqəni təmin edib. Çempionatın başa çatmasına bir tur qalmış ən yaxın izləyicisi üçün əlçatmaz olan “Bornmut” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

 

Komanda sonuncu dəfə İngiltərə çempionatının elitasında 1899-cu ildə çıxış edib. “Bornmut”un sahibi rusiyalı biznesmen Maksim Dyomindi. Komanda 12 min azarkeş tutumu olan stadionda çıxış edir. Bu, Premyer-Liqa klubları arasında ən aşağı göstərici olacaq.


Xəbər xətti