"Xəzər Lənkəran" ciddi problemlərlə üzləşdi: Ümid yenə əvəzedici komandayadı

10:59 29 Aprel 2015

Növbəti turda "Bakı" ilə qarşılaşacaq "Xəzər Lənkəran" ciddi problemlərlə üzləşib.

 

SportArena.az xəbər verir ki, cənublular Rasim Ramaldanov, Elvin Mirzəyev və İlyas Səfərzadənin xidmətindən yararlana bilməyəcək. Hər 3 futbolçunun müdafiəçi olması baş məşqçi Elbrus Məmmədovu yenidən əvəzedici heyətdən seçim etməyə vadar edir. Qeyd edək ki, "Qəbələ" ilə matçda Ramaldanov sarı vərəqə limitİNİ, Mirzəyev qırmızı vərəqə, Səfərzadə isə zədə üzündən meydana çıxmayacaq.

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti