Türkiyədə növbəti qalmaqal: Bursalılar "Fənərbaxça" ilə oyundan öncə hakimin avtomobini daşa basdılar

11:12 29 Aprel 2015

Türkiyə kuboku çərçivəsində baş tutan “Bursaspor” – “Fənərbaxça” oyununa təyinat alan hakimlərə hücum olunub.
 
 
Sportarena.az xəbər verir ki, Cüneyt Çakırın başçılıq etdiyi hakimləri arenaya aparan avtomobili bir qrup azarkeş daşa basıb. Belə ki, eyni oyuna gedən "Fənərbaxç" azarkeşlərinə də hücum edən bursalı tərəfdarlar, polisin müdaxiləsindən sonra sakitləşiblər.
 
Qeyd edək ki, həmin qalmaqalda yaxalanan bir neçə azarkeş isə polis məntəqəsinə aparılıb.


Xəbər xətti