VİDEO “Neftçi”nin aşağı yaş qrupunda əsl “lipa” nümunəsi

12:28 29 Aprel 2015

AFFA-nın təşkil etdiyi U-12 futbol liqasından maraqlı bir görüntümüz var. Deməli, “Neftçi”nin bu turnirin final mərhələsində “Təhsil”ə qarşı matçında (3:0) bir nəfər “uşaq” həmkarlarından çox daha böyük görünürdü. Biz də bunu çəkməyi və sizə göstərməyi qərara aldıq. Özünüz də baxın: bu “uşağ”ın 12 yaşı varmı, sizcə?

Bizim fikrimizcə, yox. Onun azı 14, bəlkə də 15 yaşı var. Yəqin ki, əsl “lipa” belə olur.

Bu uşağı ən kiçik yaşlarından bu günə qoyan, gələcəyini məhz edənlər utansınlar.

Hə, bir də baş məşqçiyə fikri verin. Bu, İslam Kərimovdu. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdu.


Digər xəbərlər

Xəbər xətti