"Çelsi" "Atletiko"ya 60 milyon avro ödəməyə hazırdı

15:21 29 Aprel 2015

"Atletiko"nun forvardı Antuan Qrizmann "Çelsi"nin maraq dairəsinə düşüb.
 
 
SportArena.az xəbər verir ki, "zadəganlar" fransız futbolçuya görə klubuna 60 milyon avro ödəməyə hazırdı. Eyni zamanda "Çelsi" ilə yanaşı, "Bavariya" da 24 yaşlı hücumçunu transfer etmək istəyir.

Cari mövsümdə 48 matçda meydana çıxan Qrizmannın aktivində 25 qol, 1 məhsuldar ötürmə var.


Digər xəbərlər

Xəbər xətti