İker Kasilyas "Real"dan ayrılır

22:15 29 Aprel 2015

“Real” klubunun qapıçısı İker Kasilyas karyerasını İngiltərədə davam etdirə bilər.



SportArena.az xəbər verir ki, mövsüm başa çatan kimi ispaniyalı qolkiper “Arsenal”a transfer olunacaq. İker Kasilyas londonluların düşərgəsinə onda qoşula bilər ki, madridlilər “Mançester Yunayted”ın qolkiperi David De Xeanın keçidini reallaşdırsın. 

Cari mövsüm “Kral klubu”nun heyətində 42 oyuna çıxan Kasilyas qapısında 36 qol görüb.


Digər xəbərlər

Xəbər xətti