AÇIQLAMA “Çelsi”nin baş məşqçisi azarkeşlərdən xahiş etdi

11:25 30 Aprel 2015

“Çelsi”nin təcrübəli çalışdırıcısı Joze Mourinyo Premyer Liqa çərçivəsində baş tutan “Lester”lə oyundan (3:1) sonra açıqlama verib.

 

SportArena.az xəbər verir ki, Joze "Çelsi"nin fanatlarına səslənərək, onları vaxtından əvvəl bayram etməməyə səsləyib:

“Bu gün biz titulu yox, növbəti qələbəni bayram edirik. Hələ müəyyən işimiz qalıb. Çempionluğu təmin etmək üçün 3 xala ehtiyacımız var. “Stemford Bric” bayram etməyə hazırdı. Ancaq mən azarkeşlərimizdən xahiş edirəm ki, oyuna qədər bunu etməsinlər".


Digər xəbərlər

Xəbər xətti