ÖZƏL "Neftçi" rəhbərliyi klubda "qoçu" xidmətini ləğv edir

12:16 30 Aprel 2015

"Neftçi"də maliyyə böhranı və rəhbərliyin yarıtmaz siyasəti klubda daha bir dəyişikliyin baş verməsinə səbəb olub.

 

SportArena.az kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, "Neftçi"nin təhlükəsizlik xidmətinin rəisi Vaqif Musayevin və mühafizəçilərin bir-bir işdən azad edilməsi mühafizə xidmətinin ləğv edilməsi ilə yekunlaşacaq. Belə ki, zaman-zaman rəqib komandaların futbolçularını, azarkeşləini döyərək, onları təhqir edən "Neftçi"nin təhlükəsizlik xidməti son mövsümünü yaşayır.

Cavid ƏHMƏDOĞLU


Xəbər xətti