Reynaldo açıqladı: "Qarabağ" "Qəbələ" ilə oyuna ciddi hazırlaşır

12:22 30 Aprel 2015

Növbəti tur "Qəbələ" ilə qarşılaşacaq "Qarabağ" matça ciddi şəkildə hazırlaşır. Bu barədə SportArena.az-a danışan Ağdam klubunun futbolçusu Reynaldo bildirib:

 

"Komandamız hər oyuna ciddi hazırlaşır. "Qəbələ"lə ilə oyuna da 3 xal üçün çıxacağıq. Qarşıda final matçı və çətin çempionat oyunlarımız var. İnanıram ki, "qızıl dubl" edəcəyik. Bunun üçün yaxşı imkanımız var. Heyətdəki futbolçuların gücü istənilən uğuru qazanmağa imkan verir".

Cavid ƏHMƏDOĞLU


Xəbər xətti