ÖZƏL "Xəzər Lənkəran"ın start heyətində yeni simalar olacaq

12:34 30 Aprel 2015

"Qəbələ" ilə oyunda 3 müdafiəçisini itirən "Xəzər Lənkəran" çətin vəziyyətə düşüb. Rasim Ramaldanov və Elvin Mirzəyev vərəqə limitinə görə, İlyas Səfərzadə isə zədə səbəbindən "Bakı"ya qarşı oynamayacaq.

 

SportArena.az xəbər verir ki, cənub klubu "Bakı"ya qarşı oyunda əvəzedici heyətdən yeni futbolçular cəlb edəcək. Belə ki, Mahsum Qənbərov və Zaman Mirzəyevin qarşıdakı turlarda meydana çıxacağı gözlənilir.

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti