AÇIQLAMA "Qarabağ"lı futbolçu "Qəbələ" ilə baş tutacaq oyunu dəyərləndirdi

14:18 30 Aprel 2015

"Qarabağ"ın aparıcı futbolçusu SportArena.az saytına danışıb. Ağdamlı futbolçu bu tur "Qəbələ" komandasına qarşı baş tutacaq oyun haqqında bunları deyib:

 

"Bu tur rəqibimiz çox güclüdür. Eyni zamanda da onlar 8 turdur məğlub olmurlar. Bizi çətin səfər gözləyir. Çünki, Qəbələdən xalla dönmək çətin olur. Onlar bu mövsüm bizi məğlub ediblər, bu da onların gücündən xəbər verir. Biz öz oyunumza ciddi hazırlaşıb, nəticə qazanmaq üçün meydana çıxacağıq. Üç xaldan başqa heç nə düşünmürük".

Cavid ƏHMƏDOĞLU


Xəbər xətti