Milli komandamızın futbolçusu sıradan çıxdı

15:16 30 Aprel 2015

Azərbaycan yığmasının və Xorvatiyanın "Hayduk" klubunun hücumçusu Ruslan Qurbanov sıradan çıxıb. SportArena.az xəbər verir ki, millimizin forvardı son məşqlərin birində zədələnib.

 

Onun ötən gün "Lokomotiv"lə qarşılaşmada forma geyməməsinə də məhz zədə səbəb göstərilir. Xorvatiya mətbuatının yazdığına görə, futbolçumuzun sıraya nə vaxt dönəcəyi hələlik, bilinmir.


Digər xəbərlər

Xəbər xətti