Millimizin futbolçusu "Rostov"a keçə bilər

16:09 30 Aprel 2015

Azərbaycan yığmasının və Xorvatiyanın "Hayduk" klubunun hücumçusu Ruslan Qurbanov karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər. SportArena.az xəbər verir ki, onunla hazırda "Rostov" klubu yaxından maraqlanır.

 

Kurban Berdıyevin çalışdırdığı bu komanda "Neftçi"yə məxsus olsa da, icarə əsasında Xorvatiyada çıxış edən millimizin forvardını elə bu yay heyətinə qatmaq istəyir.

Maraq üçün xatırladaq ki, Ruslan 2008/09 mövsümündə "Rostov"un gənclərdən ibarət komandasında çıxış edib.


Digər xəbərlər

Xəbər xətti