Süleymanov "Neftçi"yə şərh verdi: "Belə işlər Allaha da xoş getməz"

18:16 30 Aprel 2015

Son günlər "Neftçi"də baş verən kütləvi işdənçıxartma hadisələri və rəhbərliyin yarıtmaz siyasəti idman mediasının əsas müzakirə mövzusuna çevrilib.

 

SportArena.az olaraq, bu məsələlərə münasibət bildirmək üçün, "Neftçi"nin keçmiş vitse-prezidenti Tahir Süleymanovla əlaqə saxladıq. Tahir bəy hadisələrə belə şərh verdi:

 

"Bu suala mən tam cavab verə bilmərəm. MŞ-nın üzvləri ilə əlaqə saxlasaz, onlardaha doğru cavab verə bilərlər. Qaldı ki, "Neftçi"də çalışan xadimə, texniki və mühafizə işçilərinin işdən azad olunmasına, bu həqiqətən düzgün addım deyil. Çünki, "Neftçi"nin hər bir uğurunda klubda çalışan ən sonuncu işçiyə qədər hər kəsin zəhməti var. Orada öz canını qoymuş insanları belə çətin dövrdə işsiz qoymaq Allaha da xoş etməz.

Sizin sayta "Neftçi"nin təhlükəsizlik xidmətinin rəisi Vaqif Musayevin işdən azad olunmasına səbəb Sadıq Sadıqovun kadrı olması xəbərini oxudum. Amma bu düzgün yanaşma deyil. Çünki, hər bir insana, işçiyə onun bacaracağına görə dəyər vermək lazımdı. Sadıq Sadıqov öz dönəmində heç vaxt belə ayrıseçkilik etməyib. Hər kəsə işinə görə dəyər verib".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti