Məşhur boksçu qadın narkotik alverçisini ölümdən qurtardı

23:02 30 Aprel 2015

Filippinli məşhur boksçu Menni Pakyao qadın həmyerlisi Meri Ceyn Velozunu ölüm hökmündən xilas edib. SportArena.az xəbər verir ki, Pakyao İndoneziya prezidenti Coko Vidodoya məktub göndərib.

 

O, İndoneziyada saxlanılan Velozunun əfvini xahiş edib. Nəticədə əlavə məhkəmə araşdırması təyin edilib. Velozu narkotik daşınmasında ittiham olunub. O, 2010-cu ildə 2,6 kq heroin nəql edib.

Qeyd edək ki, Menni Pakyao mayın 2-də Las-Veqasda Floyd Meyvezerlə döyüş keçirəcək.


Xəbər xətti