"Simurq"da gərginlik: Zaqatala klubu Premyer Liqadan gedir

09:42 1 May 2015

"Simurq"un son zamanlar çətin duruma düşməsi haqqında sizə məlumat vermişdik.

 

SprtArena.az etibarlı mənbədən eldə etdiyi xəbərə görə, komanda növbəti mövsümdən fəaliyyətini tamam dayandıra bilər. Belə ki, 3 aydır klub üzvlərinə maaş verməyən rəhbərlik, eyni zamanda müqaviləsi bu mövsüm bitəcək futbolçulara da konkret nəsə demir.

Klub prezidenti açıqlamasında bildirmişdi ki, qarşıdakı 2-3 gün ərzində göstəriş gələcək və klubun taleyinə aydınlıq gələcək. Amma klub prezidentinin açıqlamasından 1 həftə keçməsinə baxmayaraq, ortada hələ də bir şey yoxdur. Hadisələrin belə gedişatı göstərir ki, "Simurq" növbəti mövsüm Premyer Liqada olmayacaq!

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti