FOTOLAR Nazim Süleymanov məşqçilərlə görüşdü

15:59 1 May 2015

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Nazim Süleymanov AFFA-nın inzibati binasında bir sıra görüşlər keçirib.



SportArena.az xəbər verir ki, yığmanın çalışdırıcısı “Qarabağ”, “Bakı”, “Sumqayıt”, “İnter” və AZAL klublarının əvəzedici komandasının baş məşqçiləri, müvafiq olaraq, Aftandil Hacıyev, Məqsəd Yaqubəliyev, Samir Abbasov, Rüstəm Əliyev və Elnur Zeynalovla görüşüb, bu komandalardan U-19-a dəvət olunmaq ehtimalı olan futbolçular barədə ətraflı fikir mübadiləsi aparıblar.


Xəbər xətti